Onlar diqqətimdədi, narahat olmaq lazım deyil - MÜSAHİBƏ

"Onlar diqqətimdədi, narahat olmaq lazım deyil" - MÜSAHİBƏ

  • 29 Yanvar 2018, 21:24

Sportlife.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Moldova ilə keçiriləcək yoxlama görüşü öncəsi bu gün Antalyada mətbuat konfransı keçirib. 

 

 

- Milli komandanın baş məşqçisi kimi ilk toplanışınızı keçirsiniz. Klubla milli arasında fərq var?

- Fərq əlbəttə var. Hamı başa düşür ki, bu, milli komandadır, burda məsuliyyət daha böyükdür. Mən də ilk gündən bunu hiss elədim ki, daha diqqətli olmalıyıq və çalışmalıyıq ki, futbolçularla daha düzgün münasibət quraq. 

 

- Futbolda psixoloji hazırlıq da çox önəmlidir. Bu mənada yoxlama görüşlərinin hamısında uduzan "Neftçi" futbolçuları ilə ayrıca söhbət aparılıb?

 

- Bu gün futbolçulardan tam istədiyimiz oyunu tələb etmək düz çıxmaz. Çünki hazırda hər futbolçunun hazırlığı fərqlidir. Amma düşünürəm ki, psixoloji problemdən daha çox, futbolçuların fiziki yorğunluğu oyuna təsir edə bilər. Psixoloji vəziyyət belədir ki, millinin düşərgəsinə gəlirsənsə klubdakı oyunun hesabını qoyursan bir kənara. Hamısı peşəkar futbolçulardı. İş onddaır ki,  "Neftçi"nin futbolçuları 25-də 90 dəqiqə oynayıblar, 27-də 90 dəqiqə oynayıblar, hətta bəziləri 25-də 3 hissə oynayıb. Məni daha çox bu narahat edir ki, həmin futbolçuların bu cür yüklənmə ilə sabahkı oyuna tam hazır olması mümkün deyil. 

 

- Sabahkı oyunda nəticə nə dərəcədə önəmlidir?

- Nəticə mütləqdi. Çox istəyirik ki, elə ilk oyunda bunu əldə edək. Bir oyun bizim üçün çox azdır. Çox istərdim ki, iki oyun keçirək, amma alınmadı. Dediyim kimi, nəticə önəmlidir, amma daha çox futbolçulardan istədiyimizi meydançada görməkdir. Onların meydançada nə etmək istədiyni bilmək bizim üçün daha vacibdir.  Bəlkə də bu gün Moldova yığması bizdən daha hazırlıqlıdır. Çünki Cənubi Koreya ilə oynayıblar və özüm də həmin oyunun ilk hissəsinə baxmışdım. Əsas üstünlükləri odur ki, bizdən fərqli ən azı bir oyun oynayıblar və bir-birlərini daha yaxşı başa düşürlər. Nəticə bizim üçün hər zaman lazım və vacib olacaq. Amma nəticəyə kimi komandanı daha yaxşı hazırlamalı və futbolçuların birliyini daha da gücləndirməliyik. Futbolçular da peşəkardı və bilməlidilər ki, hər an nəticəyə oynamağı bacarmalıdılar.

 

-  "Qarabağ"da rotasiyalar edən məşqi kimi tanınırsınız. Yığmada da eyni şeyi görəcəyik? Yəni kimisə fərqli mövqeylərdə oynadacaqsınız, kimisə mərkəzdən cinaha çəkəcəksiniz və s.
 
- Rotasiyaya ehtiyac yoxdur. Bütün futbolçuların meydanda olmasın istərdim. Özümdə təxmin etmişəm ki, bəzi mövqelər üzrə futbolçular bir hissə oynasınlar. Həm oyunun gedişinə baxıb buna görə rotasiya edə bilərik.

 

- Yoldaşlıq oyunu olduğunu nəzərə alsaq, start heyətini deyə bilərsiniz?

 

- Yox, sabah özünüz biləcəksiniz.Start heyətini deyə bilərsiniz? 

 

- Özünüz də dediniz ki, bir oyun sizin üçün azdı. Olmazdı ki, Antalyada hazırlıq keçən güclü klublardan birini rəqib kimi seçərdik? Çünki bundan əvvəl də milli səviyyəsinə belə praktikadan istifadə etmişik...

 

- Mən çox istərdim ki, oyunlarımız milli səviyyəsində olsun. Açığı klub səviyyəsində oynamaq istəmirəm. Son anda olsa buna da gedərik, amma milli səviyyəsində oynamaq daha yaxşıdır. Oyunçuların hansısa yığmaya qarşı hazırlaşmalarını istəyirəm. Bunun bizə çox faydalı olacağını da düşünmürəm. Klublara qarşı onsuz da hər zaman oynayırlar. Bu mənada düşünmürəm ki, klubla oynamaq bizə böyük fayda verərdi.

 

- Moldova tərəfi ilə necə danışmısınız, əvəzləmələrə məhdudiyyət olacaq ya yox?

 

- Onu sabah tam olaraq yerində biləcəyik, amma ümid edirəm ki, razılığa gələcəyik.

 

- Müdafiənin mərkəzindəki problem daha çox müzakirə olunur. Rəşad karyerasını bitirib, Bədavi zədəlidir.  Yəqin ki, sabahkı oyunda Maksim Medvedev oynayacaq...


 
- Başqa hansı mövqe narahat edir? (gülür). Hamısın desəm, start heyət bilinər. Bəli, Maksim olacaq.

 

- "Sumqayıt"dan Amil Yunanovla Bəxtiyar Həsənəlizadənin yığmaya çağırılması geniş müzakirəyə səbəb olub. Bu barədə nə deyə bilərsiniz onlara dəvət göndərməməyinizin səbəbi nə idi?
 
- Belə bir səbəb yoxdur. Təkcə ikisi yox, digəri də nəzərimizdədir. Bir oyun olduğun nəzərə alıb futbolçuları yalandan çağırıb onlara nəyisə bildirmək düzgün olmaz. Hardasa 7-8 futbolçu var hansı ki, nəzərimdədir. Çempionat oyunlarında onlara baxmışam və diqqətimdədir. Ona görə də narahat olmaq lazım deyil. Hələ heç nə bitməyib. Bu gün 3 qapıçı çağırmışıqsa, bu o deməl deyil ki, həmişə onlar olacaq. Rəqibə uyğun heyət də fərqli olacaq. Daha çox futbolçular çağırıb hamıya inandımığı göstərmək düzgün deyil. 30 fulbolçu çağırıb 15 oynatmaq yaxşı deyil. Amma həm Amil, həm də Bəxtiyar nəzərimdədir. Eyni zamanda "Neftçi"də, "Qəbələ"də və başqa klublarda var nəzərimdə olanlar var.

 

- Hazırkı heyətdə yer alan ölkədən xaricdə çıxış edən yeganə oyunçu Pavel Paşayevdi. Onun hazırlığı necədi?

- Normaldı. Komandaya dünən qoşulub, tam məşqə başlayıb. Hər bir futbolçunun hazırlıq səviyyəsi ortadı və çatışmazlıqlar var.

 

- Kamran Ağayevlə danışmaq istədik məlum oldu ki, xəstədi. Sabah oynaya biləcək?

 

- Sabah qərar verəcəyik. Dünən də qızdırması var idi, tez keçdi.

 

- Millidə ilk toplanışınız olduğunu nəzərə alsaq, futbolçularla fərdi söhbətlər etmisiz?

 

- Hamı ilə yox, bəzi oyunçularla olub. Proqramımda var ki, Bakıda həftədə bir dəfə bir neçə futbolçu ilə görüşüm, onları diqqətdə saxlayım. Belə görüşlər olacaq.

 

- “Qarabağ” da sınaq oyunu keçirir. Həmin oyunun heyətini siz seçmisiz?

 

- “Qarabağ”a və Rəşada uğurlar arzulayıram (gülür).

 

- İndiki heyətin 80-90%-i vaxtilə əvvəlki məşqçinin vaxtından millidədi. Sizcə komandada dəyişiləsi çox şey var?

 

- Hamısı peşəkar futbolçulardı. Mən əvvəlki heyətin içində olmamışam deyə nəsə deyə bilmərəm. Amma Robertlə danışarkən həmişə oyunçulardan razılıq edirdi. Biz də uğur əldə etmək üçün daha çox çalışmalıyıq. Bu gün komandada hər şey qaydasındadı deyə, dayanıb durmaq olmaz.

 

- Moldovanın oyununun ilk hissəsini izləmisiz, diqqətinizi çəkən nə oldu?

 

- Müdafiədə çox diqqətli oynayırlar. Sürətli əks-hücumları var. İlk hissəni canlı, ikinci yarını video yazı ilə izlədim. Başqa nəsə desəm, düzgün çıxmaz.

 

- Eddi İsrafilovla Dəniz Yılmazın bundan sonra milliyə çağrılmaz şansları nə qədərdi?

- Hər bir oyunçu nəzərdə saxlanılır, ehtiyac olduqda dəvət edəcəyik. Sizə dəqiq tarix deyə bilmərəm ki, onları nə vaxt dəvət edəcəyik.


Paylaş: