Ricat Qarayev: Serbler irlandlarla muqayisede...Azerbaycan yigmasinin mudafiecisi Ricat Qarayev Sportlife.az saytina musahibe verib

Ricat Qarayev: Serblər irlandlarlarla müqayisədə...

  • 6 Oktyabr 2017, 21:40

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının müdafiəçisi Ricat Qarayev Sportlife.az saytına müsahibə verib. Qarayev Avropa çempionatının seçmə qrup mərhələsinin oyunlarından və “İnter”dəki çıxışından danışıb.

 

 - Başlayaq İrlandiya millisi ilə keçirdiyiniz ilk qrup oyunu haqda fikirlərindən. Oyun necə keçdi?

- Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Qalib gələ bilərdik. 1-ci hissədə qol vurmaq üçün çoxlu şanslarımız oldu, sadəcə dəyərləndirə bilmədik. 2-ci hissədə isə külək bizə qarşı idi, oynamaqda çətinlik çəkirdik.

 

Qələbəyə nə mane oldu?

- Ümumiyyətlə ilk oyun həmişə çətin keçir. İlk hissədə şanslardan düzgün yararlana bilməməyimiz, 2-ci hissədə hava şəraiti qələbəmizə mane oldu. Artıq sabahkı oyunu düşünməliyik.

 

 - Sabahkı rəqibiniz olan Serbiya yığması ilk turda Kipr üzərində (1:0) qələbə qazanıb. Bu oyundan nə gözləyirsən?

- Bəli, bu komanda hazırda qrup lideridi. İrlandlarla müqayisədə daha çox texnikaya üstünlük verirlər. Bilirik ki, çətin olacaq, ancaq onların oyununu təhlil etmişik. Onlar bizdən güclü deyillər. 3 xalı qazanmaq niyyətindəyik və buna qadirik.

 - Ricat, mütəmadi olaraq milli komandalara çağırılırsan, amma hələ ki, “İnter”in əsas heyətində debüt eləməmisən...

- Demək olar ki, komandada ən gənc futbolçu mənəm. Komandamızda təcrübəli oyunçular çıxış edir, onlardan öyrənəcəyim çox şeylər var. Baş məşqçi yoldaşlıq oyunlarında məni meydana buraxır və bu mənim üçün böyük təcrübədi. O, nə vaxt məni oyuna buraxmağı məsləhət bilsə, onda mən də bu şansdan maksimum yararlanmağa çalışacam.

 

- Əvəzedici komandada bütün oyunlarda meydana çıxırsan. Komanda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. Belə zəif nəticənin səbəbi nə ilə bağlıdı?

- Səbəbi odu ki, əlimizə düşən şanslardan düzgün yararlana bilmirik. 3 xal qazanmalı olduğumuz oyunları heç-heçə oynayırıq. Cəmi 1 oyun uduzmuşuq. İrəlidə oyunlarımız çoxdu. Bu uğursuzluğu aradan qaldıracağımıza inanıram.


Paylaş: