Robert PROSİNECKİ: Bu meseleni Avstriyada yoluna qoymaga calisacagiq - роберт просинечки

Robert PROSİNEÇKİ: Bu məsələni Avstriyada yoluna qoymağa çalışacağıq

  • 18 May 2017, 20:28

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Əlcəzairlə oyunun fasiləsində jurnalistlərin suallarını cavablandırıb.

Sportlife.az həmin müsahibəni təqdim edir: 

- Millimizin Bakıdakı toplanışı barədə nə deyə bilərsiz? 

- Hələlik, hazırlığımız tam heyətlə getmir. Hazırlığın ilk günləri yaxşı keçir. Komanda üzvlərinin məşqlərdə həvəsli olmasını xüsusi qeyd edərdim. Ancaq hazırlığın əsas mərhələsi Avstriyada başlayacaq. Ora artıq tam heyətlə yollanacağıq. 

- Millimiz Avstriyada iki yoxlama oyunu keçirməlidi, amma hələ rəqiblər bəlli deyil...

 - Bəli, iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. Bu məsələni orada yerində yoluna qoymağa çalışacağıq. 

- Millimizlə oynamaq istəyən komanda yoxdu, yoxsa sizin oynamaq istədiyiniz komanda tapılmır? 
- Hər komanda ilə qarşılaşmaq olmur. İstədiyimiz komandalar da Avstriyada olmayacaq. Bu il oraya az komanda gələcək.

 - Rəşad Sadıqovun zədəsi nə dərəcədə ciddidir? 

- Bilmirəm. Avstriyada ümumi kollektivlə məşq edəcəyinə ümid edirəm. 

- Premyer Liqa çox erkən başa çatdı. Bəzi futbolçular İslamiadada çıxış edir, bəziləri yenicə məşqlərə başlayır. Bu, Şimali İrlandiya ilə oyun öncəsi problem yarada bilər? 
- Legionerlər öz çempionatlarında çıxışlarını davam etdirirlər. "Qarabağ" və "Qəbələ" də mövsümü o qədər də tez başa vurmadı. Buna görə də problem yaranacağını düşünmürəm. 

- U-23 millimizin İslamiadadakı çıxışını necə dəyərləndirərdiniz? Komandamız bu turniri qalib kimi başa vura bilər? 
- Hər şey mümkündü. Komanda heç də pis təsir bağışlamır, mübarizə aparır. Əlcəzairlə matçın ilk hissəsindən razı qaldım. Finala çıxmaq çətin görünür. Əlcəzair çox güclü komandadı. 

- Bəs sizin yetirmələriniz niyə Əlcəzairlə oyuna baxmağa gəlməyiblər?
- İstəmədim planlarımızı korlayaq. Onlar oyuna televizordan baxırlar. saat 5-də məşqimiz var. Qoy dincəlsinlər.                  

                                                                                                              (futbolinfo.az)


Paylaş: