Roman Qriqorçuk: Gordum ki, bu menim komandamin maksimumu idi

Roman Qriqorçuk: Gördüm ki, bu mənim komandamın maksimumu idi

  • 15 Sentyabr 2017, 13:00

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib.

Sportlife.az həmin müsahibəni ixtisarla təqdim edir:

 

- Vaxt çox tez keçir. Sanki dünən avrokuboklarda "Çernomorets"lə çıxış edirdiniz. Amma 3 ildir ki, Azərbaycanda işləyirsiniz...

- İşləyərkən bunu hiss etmirsən. Amma düşünəndə görürsən ki, doğrudan da vaxt uçur. 

 

- "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinə düşə bilmədiniz. Yəqin bu sizi çox məyus edir?

- Mən "Panationaikos"u keçəcəyimizin real olduğunu düşünsəydim, o zaman pis olardım. Biz ilk mərhələdə "Yaqelloniya"ya da uduza bilərdik. Polşalılar güclü idilər və yaxşı təşkilatlanmış komanda idilər. Elə alındı ki, "Qəbələ" qalib gələ bildi. Amma gördüm ki, bu mənim komandamın maksimumu idi. 

- Oyun zaman hansı dildə danışırsız?

- Cəmi 1-2 nəfər var ki, rus dilində bilmir. Onlara mənim köməkçilərim yardım edir. Digər xarici futbolçuları sadə şeyləri ingiliscə aydınlaşdıra bilirik. 

- Ukraynada olduğu kimi Azərbaycanda da prioritet avrokuboklardır?

- Mümkündür. Stadionun dolmağına görə dəyərləndirə bilərəm. Əsasən anşlaq Çempionlar Liqası və Avropa Liqası oyunlarında olur. Bir də milli komanda oynayanda stadiona azarkeş çox gəlir.


Paylaş: