Söhbət təkcə hücumçulardan getmir, təəssüf ki...

Söhbət təkcə hücumçulardan getmir, təəssüf ki...

  • 6 Noyabr 2017, 09:30

“Neftçi”nin fransalı hücumçusu Uqo Barqas Premyer Liqanın XI turunda “Zirə”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə müsahibə verib.

Sportlife.az həmin müsahibəni təqdim edir:

- Bilirdik ki, çətin oyun olacaq. Buna baxmayaraq, matça yaxşı başladıq. İlk dəqiqələrdən topu özümüzdə saxlayırdıq. Bu, bizdə yaxşı alınırdı. Təhlükəli vəziyyətlərimiz də oldu, lakin fərqlənə bilmədik.

- Ancaq həmin təhlükəli vəziyyətləri sənin ifanda görmədik...

- Əlbəttə, söhbət təkcə hücumçulardan getmir. Komanda şəklində imkanlarımız oldu. İlk 20 dəqiqədə rəqibdən üstün idik, təzyiq edirdik. Bura yaxşı nəticə üçün gəlmişdik. Təəssüf ki, alınmadı.

- Ardıcıl qələbələrdən sonra ilk "üçlük"də olan komandaya uduzdunuz. Demək olarmı ki, "Neftçi" hələ özünə gəlməyib?

- Rəqibimiz gücünü bilirdik. Xüsusən də ev oyunlarında yaxşı təsir bağışlayırlar. Bura inamla gəlmişdik və inamı itirmirik. Qarşıda fasilə var. İki həftəlik müddətdən istifadə etməyə çalışacağıq.

- Qoldan sonra oyununuzda eniş yarandı. Bu, nə ilə bağlı idi?

- Bu, zəif nöqtəmizdir. Üzərində işləməliyik. Son matçlardan fərqli olaraq bu dəfə məğlub duruma düşdük və bunun öhdəsindən gələ bilmədik.

- Qarşıda "Qəbələ" ilə oyununuz var. Həmin görüş haqda nə düşünürsən?

- “Qəbələ” ilə evdə, özü də təbii meydanda oynayacağıq. Fasilədən istifadə edib daha yaxşı hazırlaşacağıq.


Paylaş: