Tale Heyderov: Budcede enis ola biler - tale heydarov haqqinda

Tale Heydərov: Büdcədə eniş ola bilər

  • 5 May 2017, 23:42

Qəbələ” klubunun prezidenti Tale Heydərovun müsahibəsi.

 

- “Qəbələ” əvvəlcə çempionluğu, daha sonra isə ölkə kubokunu qazanmaq şansını son anda itirdi. Komandanın çıxışını necə qiymətləndirirsiniz?

- Həm çempionatda, həm də ölkə kubokunda əldə etdiyimiz gözlədiyimizin minimumu idi. Məncə, komandanın çıxışı ümumilikdə normal idi. Ancaq əlbəttə ki, istədiyimiz daha yaxşı nəticə əldə etmək idi. Məqsəd çempionluq, ən azından, kuboku qazanmaq idi. Bu dəfə alınmadı. Gələn dəfə buna nail olmağa çalışacağıq.

 

 - Sizcə, nə çatmadı?

 - “Qarabağ”ın həm çempionatda, həm də ölkə kubokunda stabil oyun göstərməsi bunda  böyük rol oynadı. Ən böyük rəqibimiz onlar idilər. Əvvəlcədən bilinirdi ki, əsas mübarizə bu iki komanda arasında olacaq. Mənə elə gəlir ki, “Qarabağ” bizə mane olan ən böyük faktor  oldu. Biz də çox lazımsız vaxtlarda xallar itirdik. 

 

- Roman Qriqorçukla yola davam ediləcəkmi?

- Bu haqda danışmamışıq. Yaxın günlərdə söhbətimiz olacaq. Ümid edirəm ki, işbirliyimiz davam edəcək.

 

- Gələn mövsüm "Qəbələ" Avropa Liqasında mübarizə aparacaq. Hazırlıqlar hansı çərçivədə keçəcək, yeni transferlər nəzərdə tutulubmu?

 

- Yeni oyunçularla bağlı baş məşqçi seçim edəcək. Biz də rəhbərlik olaraq ona dəstək verəcəyik. Büdcədə artım olmayacaq. Bəlkə də, eniş oldu, yəqin ki, az-çox eyni büdcə ilə davam edəcəyik. Bir neçə oyunçu almağı da planlaşdırırıq.(apasport.az)


Paylaş: