Tixonovun Azərbaycan futbolu haqda təsəvvürləri: Pul olsa...

Tixonovun Azərbaycan futbolu haqda təsəvvürləri: Pul olsa...

  • 29 Yanvar 2018, 13:33

 Antalyada təlim-məşq toplanışında olan “Neftçi” toplanış çərçivəsində növbəti yoxlama oyununu keçirib. Bakılılar bu dəfə Rusiyanın “Krılya Sovetov” klubuna uduzub - 0:2.  

 Oyundan sonra Samara təmsilçisinin baş məşqçisi, vaxtilə uzun müddət Moskva “Spartak”ında top qovmuş Andrey Tixonov komanda.az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.

 

Oyun haqqında nə deyə bilərsiz?

- “Neftçi” birinci hissədə bizdən daha yaxşı oynadı. Səhər artıq bir oyun oynamışdıq. Uşaqlar çox yüklənmişdilər. Həmçinin, bu gün meydana qarışıq heyətlə çıxmışdıq. Bir çox futbolçunu sınaqdan keçirdim. Komandanın oyunu alınmırdı. İlk hissədə “Neftçi” daha yaxşı idi, xüsusilə, hücumları və kombinasiyalı oyunlarıyla seçilirdilər. İkinci hissə isə bərabər səviyyədə keçdi. Qol vuran qələbə qazanır, biz də bunu bacardıq.

 

Sizcə, nəticə oyuna görə oldu?

- Belə deməzdim. Bu, təlim-məşq toplanışıdı. Burda istənilən nəticə ola bilər. Oyunçular, hakimlər kobud səhvə yol verə bilərlər. Səhər keçirdiyimiz oyunda bir çox qol fürsəti qazansaq da, sonda 0:2 hesabıyla məğlub olduq.

 

“Neftçi” necə təsir bağışladı?

- Əla komandadı mənim çox xoşuma gəldi.

 

Bu “əla komanda” bir neçə gün öncə Rusiya Premyer Liqasının autsayderı “SKA-Xabarovsk”a 1:8 hesabıyla məğlub oldu...

- Qoxulu bir şey baş verməyib Bu, futboldu. Unutmayın ki, rəqib Rusiya Premyer Liqa təmsilçisi idi.

 

Vaxtilə “Krılya Sovetov”da çıxış etmiş Emin Mahmudov barədə nə deyə bilərsiz?

- O, gözəl insan və gözəl futbolçudu.

 

Sizcə, o, Azərbaycan klubuna keçməklə geriyə addım atmadı ki?

- Mən onun imkanlarına yaxşı bələdəm. O, “Krılya Sovetov”da mənimlə birgə oynayıb. “Spartak”da oynadığı zaman isə bu komandada məşqçi idim. Ancaq son vaxtlar onun barəsində az məlumatım var. Buna görə, əlavə nə isə deyə bilmərəm.

 

Azərbaycan futbolu sizə kənarda necə təsir bağışlayır?

- Futbola kifayət qədər maliyyə vəsaiti ayrılsa, onda irəliləyiş də olacaq. Ölkəyə yaxşı futbolçular və məşqçilər gələcək. Sadaladığım bu nüanslar sizdə olduğundan, inkişaf da var. 


Paylaş: