Sizin reklam burada Sizin reklam burada Naxçıvan məhsulları
7 Oktyabr 2017, 08:29
119
Elman Rüstəmovun rəhbəri olduğu Azərbaycan Şahmat Federasiyası tərəfindən şahmatçılara qadağa qoyulub.
 
Sportlife.az xəbər verir ki, ötən il qurumun maddi və digər problemlərinin mətbuatda işıqlandırılması buna səbəb olub.
 
Belə ki, federasiya tərəfindən yerli şahmatçılara tapşırılıb ki, heç kim mətbuata açıqlama verməsin.
 
Məlumatda bildirilir ki, tanınmış şahmatçılardan kiminsə müsahibəsi hansısa mətbuat orqanında yayımlanarsa, bunun nəticə onun üçün heç də xoş olmayacaq.
 
Unikal.org məsələ ilə bağlı Azərbaycanın tanınmış qrossmeysteri Şəhriyar Məmmədovla əlaqə saxlamaq istəsə də, "Şah” ləqəbli qrostmeysterimiz "təəssüflər olsun ki, olmur” deməklə cavab verməkdən boyun qaçırıb.
 
Şahmatçılar dekabr ayını gözləyir. Çünki dekabr ayında ev alacaq idmançıların siyahısı bilinəcək. Amma ev alanlar sıyahısına federasiya bir nəfəri əlavə edəcək. O, şahmatçı da ola bilər, məşqçi də...
Hazırda maaşların böyük qismi verilsə də, borclar tam ödənilməyib.
 
Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyası ötən il şahmatçılara verdiyi sözü tutmamaqla, maaşları gecikdirməklə gündəmə gəlmişdi. Hətta qurum şahmatçılara ev verəcəyini demiş, ancaq bu vədinə də xilaf çıxmışdı.
 
Ötən il qrossmeyster Gülnar Məmmdova da federasiyanın sözünün üstündə durmadığını, ev veriləcəyi deyilsə də adının siyahıya əlavə olunmadığını bildirmişdi.