Sahmatcimiz dunya gozelleri arasinda. chess championship rekord baku azerbaycan voice

Şahmatçımız dünya gözəlləri arasında

  • 6 İyun 2017, 12:11

 Xantı-Mansiyskdə keçiriləcək dünya çempionatında yarışacaq 10 ən gözəl qadın şahmatçının adı açıqlanıb.

Sportlife.az xəbər verir ki, Top-10-da azərbaycanlı qrossmeyster Zeynəb Məmmədyarovanın da adı yer alıb.

O, Valentina Qunina (Rusiya) , Natalya Buksa (Ukrayna), Katerina Nemçova (ABŞ), Karina Şzepkovska (Polşa), Xalid Mona (Misir), Ti May Hunq Hquyen (Vyetman), Venyun Ju (Çin), Tanya Saçdev (Hindistan) və Bela Xorenaşvili (Gürcüstan)  ilə birgə siyahıda yer alıb.

Mundialın ən gözəlini müəyyənləşdirmək üçün chess.pw saytında səsverməyə də start verilib. Hələlik Məmmədyarova "Miss Chess Uqra" müsabiqəsində yalnız Buksadan geri qalır.
 
Qeyd edək ki, qalib iyunun 15-də müəyyənləşəcək. (apasport.az)


Paylaş: