Millimizin liderləri Çinə gedir

Millimizin liderləri Çinə gedir

  • 27 Dekabr 2017, 11:53

Dünya Taekvondo Federasiyası tərəfindən Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam” seriyalarına 30 dekabr tarixində start veriləcək. Sportlife.az xəbər verir ki, Olimpiya çəki dərəcələrində keçiriləcək turnir 2018-ci il yanvarın 30-dək davam edəcək.

Bir ay ərzində keçiriləcək yarışın ilk günü komandamızın üzvü, dünya və avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Milad Beigi Hərçəqani (-80 kq) mübarizə aparacaq. İdmançımız bu gün baş məşqçi Reza Mehmandoustun rəhbərliyi ilə Çinə yollanır.

Turnirdə mübarizə aparacaq digər taekvondoçumuz, IV İslam Həmrəyliyi Oyunların qalibi Ayxan Tağızadə (-68 kq) 2018-ci il yanvarın 6-da, eləcə də dünya və avropa çempionu, “Rio-2016” Yay Olimpiya Oyunlarının qızıl medalının sahibi, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Radik İsayev isə 13 yanvar tarixində döyüşlərə qatılacaq. Hər çəki dərcəsində 12 idmançı mübarizə aparacaq yarışlar ay ərzində həftəsonları baş tutacaq.

Qeyd edək ki, yarışın facebook (WT Grand-Slam) və instaqram (wtgrandslam) sosial şəbəkələrində olan səhifələrinnə daxil olub idmançılarımızın şəkillərini bəyənməklə (bəyənim sayına görə) onlara xüsusi mükafat qazandıra bilərsiniz.


Paylaş: