Millimizin üzvü AÇ-də bürünc medal qazandı

Millimizin üzvü AÇ-də bürünc medal qazandı

  • 6 Fevral 2018, 23:34

Türkiyənin İstanbul şəhərində Türkiyə Taekvondo Federasiyası (TTF) və Avropa Taekvondo Birliyi (ATB) tərəfindən təşkil edilən sayca 6-ci olan Klublararası Avropa çempionatına start verilib. Sportlife.az xəbər verir ki, fevralın 9-da başa çatacaq Avropa çempionatında gənclərdən ibarət milli yığma komandamız da 17 idmançı ilə təmsil olunur.

İlin ilk yarışında iştirak edəcək gənc milli komandamızın baş məşqçisi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədov oğlanlardan İsmayıl İsmayılov və Nihad Abbasov ( hər ikisi -45 kq), Xanoğlan Kərimov, Bəhruz Quluzadə və Pərviz İsgəndərov (hər üçü -48 kq), Yaşar Məmmədli, Ayaz Qənbərli ( hər ikisi -51 kq), Samir Məhərrəmov (-55 kq), Yunis Məmmədzadə (-59 kq), Cavad Ağayev (-63 kq), Taleh Süleymanova (-73 kq) şans verəcək.

Qızlardan isə Ofeliya Allahverdiyeva (-42 kq), Minayə Əkbərova və Mirvari Qənbərli (hər ikisi -44 kq), Aylin Eynullayeva (-46 kq), Sevda Pirseyidova (-49 kq) və İlahə Quluzadə -68 kq dərəcəsində mübarizəyə qatılacaq. Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev də komanda ilə birlikdədir.

Respublikamızda fəaliyyət göstərən bir neçə taekvondo klublarının idmançıları da bu yarışda qüvvələrini sınayacaq. Klublarımızdan “Aran” T.K., Quba T.K., “Gömrükçü” İ.K., RUGİM, Sumqayıt G.İ.N., “Qəbələ” İ.K., DİN. İ.C., Masallı, “Qala” T.K., “Sərhədçi”, “Azəri” T.K., “Qafqaz” T.K., “Ümid” T.K., “Neftçi” İ.C., Gədəbəy GİK. və “Fərəh” T.K-nun yetirmələri medallar uğrunda mübarizə aparacaq.

İlk yarış günü artıq bir idmançımız medal qazanıb. Belə ki, Sumqayıt G.İ.N-nin yetirməsi Fatimə Həsənova (-33 kq) yeniyetmələr arasında bürünc medala sahib olub.


Paylaş: