Şişkoya qalib gəlib bayrağımızı qaldırdı

Şişkoya qalib gəlib bayrağımızı qaldırdı

  • 3 Noyabr 2017, 10:30

Kiprin Larnaka şəhərində taekvondo üzrə gənclər arasında Avropa birinciliyi keçirilir.


Sportlife.az xəbər verir ki, ilk yarış günü milli komandamız üçün uğurlu alınıb. Belə ki, -45 kq çəki dərəcəsində mübarizəyə qatılan Bəhruz Quluzadə rəqilərinə şans verməyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bəhruz qarşılaşdığı Belçika (28:17), Böyük Britaniya (14:9), Rusiya (11:3) və Gürcüstan (10:10, qızıl xal) təmsilçilərini yarışdan kənarlaşdırıb. Finalda rusiyalı Dmitro Şişkoya da qalib gələn həmyerlimiz yarışın qızıl medalını qazanıb.


Qeyd edək ki, Bəhruz Quluzadə 2015-ci ildə Fransada təşkil edilən yeniyetmələr arasında Avropa birinciliyində də qızıl medala sahib çıxmışdı.


Sayca 21-ci olan Avropa birinciliyində gənclərdən ibarət milli komandamız 18 (10 oğlan və 8 qız) taekvondoçu ilə təmsil olunur. Baş məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovun yetirmələrinin də qatıldığı yarış Larnaka şəhərinin “Kision Athletic Center” arenasında keçirilir.


Paylaş: