Taekvondocularimiz Misire sefer etdi. yeniyetmələrdən ibarət yığma komandamız Misirdə keçirilən dünya birinciliyinə

Taekvondoçularımız Misirə səfər etdi

  • 20 Avqust 2017, 15:30

Taekvondo üzrə yeniyetmələrdən ibarət yığma komandamız Misirdə keçirilən dünya birinciliyinə yollanıb.

Sportlife.az xəbər verir ki, sayca 3-cü olan birincilikdə komandamız 9 idmançı ilə təmsil olunacaq. Komandamızın heyətində oğlanlardan Nihad Əlizadə (-33 kq), Riyad Şirəliyev (-37 kq), İsmayıl İsmayılov (-41 kq), Yaşar Məmmədli (-45 kq), Nihad Abbasov (-49 kq) və Pərviz İskəndərov (-53 kq) yer alıb.

Qızlardan isə Aydan Əliyeva (-44 kq), Aylin Eynullayeva (-47 kq) və İlahə Quluzadə -59 kq çəki dərəcəsində mübarizəyə qatılacaq. 


Avqustun 24-də başlayacaq və 4 gün davam edəcək dünya birinciliyi qatılan komandamız avqustun 29-da vətənə dönəcək.

Yarışda hakimlər qismində ölkəmizi beynəlxalq dərəcəli hakim Elşad Məmmədov təmsil edəcək.

 


Paylaş: