Taekvondoçularımızdan AÇ-də daha 10 medal

Taekvondoçularımızdan AÇ-də daha 10 medal

  • 8 Fevral 2018, 10:16

Türkiyənin İstanbul şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatının ikinci günü komandamızın üzvləri uğurlu çıxış edərək daha 10 medal qazanıblar. Sportlife.az xəbər verir ki, gənclərdən ibarət milli komandanın idmançıları Cavad Ağayev (- 63 kq) və Taleh Süleymanov (-73 kq), qızlardan Minayə Əkbərova (-44 kq) və Sevda Pirseyidova (- 49 kq) yarışın qızıl medalını qazanıblar.

Komandamızın digər üzvlərindən Xanoğlan Kərimov (-48 kq), Ayaz Qənbərli (-51 kq) və Ofeliya Allahverdiyeva (- 42 kq) finalda məğlub olaraq gümüş medala sahib olublar.

Nihad Abbasov (- 45 kq), Bəhruz Quluzadə (-48 kq) və Yaşar Məmmədli (-51 kq) isə yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medala layiq görülüb.


Paylaş: