Beynəlxalq turnirin qalibi müəyyənləşdi

Beynəlxalq turnirin qalibi müəyyənləşdi

  • 6 Dekabr 2017, 17:00

İranda təşkil edilən futzal üzrə “4 Top Nations” beynəlxalq turnirinə yekun vurulub. Sportlife.az saytının məlumatına görə, turnirin son matçında DÇ-2016-nın mükafatçıları İran və Rusiya milliləri üz-üzə gəliblər.

Bu matçadək məğlubiyyətsiz irəliləyən komandaların dueli turnirin qalibinin adına aydınlıq gətirib. 4:0 hesablı qələbə qazanan meydan sahibləri 1-ci yeri tutub.

Qeyd edək ki, İran və Qazaxıstan yığmaları ilə eyni – 3:3 hesablı heç-heçə edib, Rusiyaya 3:4 hesabı ilə uduzan Azərbaycan millisi turniri 3-cü pillədə başa vurub.


Paylaş: