6 Dekabr 2017, 16:30
36
Millimiz turnirin üçüncüsü oldu

Futzal üzrə Azərbaycan millisi İranda keçirilən “4 Top Nations” beynəlxalq turnirində çıxışını başa vurub. Sportlife.az saytının məlumatına görə, yığmamız son oyun günündə Qazaxıstanla üz-üzə gəlib.

İlk matçda İranla heç-heçə (3:3) edib, ardınca Rusiyaya uduzan (3:4) Joze Alesio Da Silvanın yetirmələri bu dəfə də qələbə qazanmağı bacarmayıblar. Komandamız 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, sonda 1 xalla razılaşmalı olub və 3:3 hesablı bərabərliklə yekunlaşıb. Bununla futzalçılarımız turniri 3-cü pillədə başa vurub.