YPX millimizin üzvlərini buraxsa da...

YPX millimizin üzvlərini buraxsa da...

  • 17 Dekabr 2017, 17:34

Azərbaycanın velosiped idmanının şosse növü üzrə yeniyetmə və gənclərdən ibarət millisinin üzvlərinin polis tərəfindən saxlanıldığı barədə məlumat vermişdik. Sportlife.az xəbər verir ki, artıq velosipedçilər buraxılsa da, velosipedlər hələ də cərimə meydançasında saxlanılıb.

Bu barədə Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev “Facebook” hesabında məlumat verib. Onun sözlərinə görə, polis cərimə meydançasında saxlanılan velosipedlərin təhlükəsizliyinə zəmanət vermir:

“Velosipedlər aktlaşdırılaraq cərimə meydançasında saxlanıldı, velosipedçilər isə yola salındı. Gülməli burasıdı ki, velosipedlərin təhlükəsizliyinə zəmanət verilmir”.

Xatırladaq ki, bu gün səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanı istiqamətində məşq edərkən Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən saxlanılmış, onları müşayiət edən avtomobil də daxil olmaqla velosipedçilərin hamısı Qala qəsəbəsində yerləşən 12 saylı cərimə meydançasına aparılmışdı.


Paylaş: