Bakida voleybol uzre Avropa cempionatinin acilisi kecirilib

Bakıda voleybol üzrə Avropa çempionatının açılışı keçirilib

  • 23 Sentyabr 2017, 09:16

Bakıda voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsi açılış mərasimi keçirilib. 

Sportlife.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdiyi çempionatın açılış mərasimi maraqlı konsert proqramı ilə başlayıb. Əvvəlcə gənc tar ifaçısı Şakir Süleymanov və nağara ifaçısı Sultanhüseyn Rzayevin rəhbərliyi altında milli musiqi nümunələri və rəqsləri təqdim edilib, sonra çempionatda iştirak edən ölkələrin dövlət bayraqları arenaya gətirilib və Avropa Voleybol Konfederasiyasının himni səsləndirilib.

Qeyd edək ki, oktyabrın 1-dək davam edəcək Avro-2017-nin A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, B qrupu - Tbilisidə Yeni İdman Sarayında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində təşkil edilir.

Qaydalara əsasən, hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın ¼, yarımfinal və final görüşləri Bakıda keçiriləcək.


Paylaş: