Lokomotivin oyununu idarə edəcək hakimlər...

Lokomotivin oyununu idarə edəcək hakimlər...

  • 5 Dekabr 2017, 17:55

Voleybol üzrə kişilər arasında "Challange Cup"da mübarizə aparan Bakının "Lokomotiv" komandasının 1/16 finaldakı ilk oyunu idarə edəcək hakimlərin adları bəllidir. Sportlife.az xəbər verir ki, avrokubokda kişilərin mübarizəsində  təmsilçimiz bu mərhələdə Portuqaliyanın "Fonte Batardo" klubu ilə üz-üzə gələcək.

Tərəflərin ilk sınağı Bakıda baş tutacaq. "Loko"nun ev oyunun əsas ədalət təmsilçisi sloveniyalı Pavel Vaskodur. Görüşün ikinci hakimi isə Şantal Kayzerdir.

Oyun dekabrın 7-də Voleybol Mərkəzində baş tutacaq. Qarşılaşmanın start fiti saat 18:00-da çalınacaq.

 


Paylaş: