Yığmanın oyunçuları ən yaxşılar arasında

Yığmanın oyunçuları ən yaxşılar arasında

  • 2 Dekabr 2017, 20:04

 “Çelenc Cup”ın II təsnifat mərhələsinin yekununa əsasən kişi voleybolçular arasında statistik göstəricilər elan edilib. Sportlife.az xəbər verir ki, ən yaxşılar sırasında Azərbaycan çempionu “Lokomotiv”in voleybolçuları da də yer alıblar.

Belə ki, Bakı təmsilçisinin oyunçusu Dmitri Obodnikov ən yaxşı blokçuların siyahısında 4-cüdü. Millimizin də şərəfini qoruyan voleybolçu Kipr “Apoel”i ilə matçda 8 dəfə keçilməz olub. Onu 3-cü yerdən 1 set artıq oynaması (8 hissə), 1-ci pillədən cəmi 1 xal ayırır.

Bombardirlər siyahısında isə Pərviz Səmədovla Vüqar Bayramov hərəyə 23 xalla 36-37-ci yerləri bölürlər. İlk pillədə “Lokomotiv”in mübarizədən kənarlaşdırdığı “Apoel”in oyunçusu Aleksandro Rodriques qərarlaşıb. Onun 48 zərbəsi dəqiq alınıb.


Paylaş: