Avropanın 3 ən yaxşı namizədi siyahısında azərbaycanlı da var

  • 5 Oktyabr 2017, 10:30

Hazırda Türkiyəni təmsil edən əslən azərbaycanlı Ramil Quliyev Avropanın ən yaxşı kişi atleti adına namizədlərdən ibarət qısa siyahıya düşüb.

Sportlife.az-ın Avropa Atletika Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 27 yaşlı idmançı 2017-ci ilin ən yaxşı 3 atleti sırasında yer alıb. 


Digər namizədlər isə fransalı onnövçü Kevin Mayerlə almaniyalı nizə atıcısı Yohannes Fetteldi. Ramil Quliyev 2017-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanıb. 


Paylaş: