"Qarabağ" liderliyə yüksəldi

  • 31 Oktyabr 2025, 18:57

"Qarabağ" Azərbaycan Premyer Liqasının X turunda "İmişli"yə qalib gəlib.

Sportlife.az xəbər verir ki, "Azərsun Arena"da keçirilən qarşılaşma Qurban Qurbanovun baş məşqçisi olduğu komandanın 2:0 hesablı qələbəsi ilə bitib.

Qolları Abdullah Zubir (52) və Emanuel Addai (82) vurublar.

Rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 20 xalla ilk pillədə qərarlaşıb. "İmişli" 12 xalla7-cidir.

Qeyd edək ki, X tura noyabrın 2-də yekun vurulacaq.


Paylaş: