"Turan Tovuz"dan əzmkar qələbə
"Turan Tovuz" Azərbaycan Premyer Liqasında növbəti qələbəsini qazanıb.
Sportlife.az xəbər verir ki, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 2:1.
Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurub.
Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" ilk pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla 9-cu sıradadır.
Günün 2-ci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.
Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.