MVP karyerasını bitirdi

  • Dünən, 15:10

Derrick Rouz peşəkar basketbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Sportlife.az xəbər verir ki, o, bu barədə özü açıqlama verib. 

35 yaşlı Rouz 2008-ci ildə "Çikaqo Bullz" tərəfindən draft birinci sırada seçilib. Çempion ola bilməyən amerikalı basketbolçu 2011-ci ildə NBA-in ən dəyərli oyunçusu (MVP) seçilib.


Paylaş: