Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

  • Dünən, 12:07

Azərbaycanın daha bir cüdoçusu Moldovada keçirilən U-23 Avropa çempionatının qalibi olub.

Sportlife.az xəbər verir ki, 100 kq çəki dərəcəsində yarışan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

Təmsilçimiz finalda Polşa təmsilçisi Yakub Sordili məğlub edib.

Digər finalçımız Ömər Rəcəbli (81 kq) italiyalı Manuel Parlatiyə uduzaraq gümüş mükafatla kifayətlənib.

Üçüncü yer uğrunda görüşdə isə Vüqar Talıbova qalib gələn Aslan Kotsoyev (hər ikisi 90 kq) bürünc medala yiyələnib.

Xatırladaq ki, ötən gün İslam Rəhimov (66 kq) Avropa çempionu olmuşdu.

Azərbaycan millisi ümumilikdə 2 qızıl, 1 gümüş və 1 bürünc medalla həm ümumi komanda hesabında, həm də kişilər arasında turniri birinci pillədə başa vurub.

Yarışda 37 ölkənin komandası mübarizə aparıb.


Paylaş: