30 oyundur qol vura bilmir
"Real" La Liqanın son turunda səfərdə "Jirona"ya qalib gələ bilməyib.
Sportlife.az xəbər verir ki, "kral klubu"nun vingeri Rodriqo 1:1 hesabı ilə başa çatan matçda meydanı qol vurmadan tərk edib.
72-ci dəqiqədə meydana daxil olan braziliyalı heç nə ilə yadda qalmayıb. Bununla da Rodriqonun qolsuzluq seriyası 30 oyuna çatıb ki, bu da "Real"ın hücumçuları arasında ən pis göstəricidir.
Braziliyalı 4 martdan bəri, 1338 dəqiqədir ki, qol vura bilmir.