Arteta gənc futbolçunu tərifləyib

  • Dünən, 14:55

"Arsenal" İngiltərə Liqa Kubokunda "Bolton" 5:1 hesabıyla məğlub edərək növbəti mərhələyə yüksəlib.

Sportlife.az xəbər verir ki, "topçular"ın 17 yaşlı futbolçu İtan Nvaneri bu görüşdə dubl edib. London klubunun baş məşqçisi Mikel Arteta matçdan sonra gənc oyunçu barədə danışıb:

"O, təzyiqsiz, inamla qərar qəbul etmə üsulu ilə oynayır ki, bu da cavan oğlanın bu səviyyəyə hazır olduğunu göstərir".

"O, bizim bir hissəmizdir, ona görə də dəqiqələri olacaq. O, hər gün daha da yaxşılaşır".


Paylaş: