“Barselona” daha bir ciddi itki ilə üzləşə bilər.

  • Dünən, 13:32

“Barselona” ciddi itki ilə üzləşə bilər.

Sportlife.az "Fichajes.net" portalına istinadən xəbər verir ki, komandanın cinah oyunçusu Lamin Yamal zədələnib.  17 yaşlı futbolçu dünən keçirilən “Xetafe” ilə matçda xəsarət alıb.

Topuq nahiyəsindən yüngül zədə alan oyunçu matçda sona qədər meydanda qalsa da, daha sonra axsaya-axsaya oyunu tərk edib. Yamalın son durumu müayinələrdən sonra dəqiq bilinəcək.

“Barselona” “Xetafe”ni Robert Levandovskinin qolu ilə məğlub edib – 1:0.


Paylaş: