"Barselona", yoxsa "Real"
La Liqanın 8-ci turundan sonra Opta superkompüteri komandaların çempionluq şansları ilə bağlı məlumatları yeniləyib.
Sportlife.az xəbər verir ki, "Barselona"nın qızıl medal qazanmaq ehtimalı 46,6%, "Real"ın şansı isə 46,55% qiymətləndirilib.
Son turda "kral klubu" "Vilyarreal"a 3:1 hesabı ilə qalib gəlib, Kataloniya təmsilçisi isə səfərdə "Sevilya"ya uduzub - 1:4. Hazırda madridlilər əsas rəqibini 2 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, ötən tur "Real"ın çempionluq şansı 31,4%, "Barselona"nınki isə 62,5% idi.