"Barselona" zədəli futbolçusuna yeni müqavilə təklif edib

  • Dünən, 16:25

"Barselona" gənc futbolçusuna Mark Bernala yeni müqavilə təklif edib.

Sportlife.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, katalon klubu 17 yaşlı futbolçunun sözləşməsini 2029-cu ilin yayına qədər uzatmaq istəyir.

Bernal bu mövsüm "Barselona"nın əsas komandasında debüt edib. Avqustun 27-də keçirilən "Rayo Valyekano" ilə görüşdə zədələnən gənc yarımmüdafiəçinin bu mövsüm bir daha meydana çıxmayacağı gözlənilir.


Paylaş: