"Beşiktaş"ın futbolçusu sıradan çıxıb
"Beşiktaş"ın albaniyalı futbolçusu Ernest Muçi zədələnib.
Sportlife.az "TRT Spor"a istinadən xəbər verir ki, 23 yaşlı vinger milli komandasının heyətində sıradan çıxıb. Onun 20 gün meydanlardan uzaq qalacağı gözlənilir.
Muçi bu ilin yanvarında "Beşiktaş"a qoşulub. O, bu mövsüm bütün turnirlərdə 14 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə edib.