"Ehtiyacımız olanda çox köməyi dəyəcək”

  • Dünən, 17:15

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın yeni transferi Federiko Kyezadan məmnundur. 

Sportlife.az xəbər verir ki, Slot onun tam formaya düşəcəyi günü gözləyir:

“Kyeza kluba tam alışmalıdır. Komanda yoldaşlarına, oyun tərzimizə adaptasiya olmalıdır. Tam formasını yığdıqdan sonra daha çox fayda verəcək”.

Niderlandlı mütəxəssis italiyalı futbolçunun mübarizə əzmini təqdir edir:

“Yaxşı savaşçıdır, təslim olmur. Ehtiyacımız olanda çox köməyi dəyəcək”.


Paylaş: