"Eybar" kimi oynayırdılar"

  • Dünən, 15:30

Luis Enrike "Barselona"nın Xavi dönəmindəki oyununu tənqid edib.

Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis katalon klubunu oyununu "Eybar"ınkına bənzədib:

"Onlar dominant komanda deyildilər və yaxşı müdafiə komandası da deyildilər. Müdafiə keyfiyyəti də yox idi. Ter Ştegen uzun ötürmələr rekordunu qırırdı. "Eybar" kimi oynayırdılar".

Xatırladaq ki, Luis Enrike 2014-17-ci illər arasında "Barselona"nı çalışdırıb. O, "blauqrana"ya 2015-ci ildə Çempionlar Liqasını qazandırıb.


Paylaş: