Laporta Messi ilə münasibətlərindən danışıb

  • Bu gün, 13:33

"Barselona"nın prezidenti Joan Laporta hazırda "İnter Mayami"də çıxış edən Lionel Messi ilə münasibətlərindən danışıb.

Sportlife.az xəbər verir ki, funksioner bu barədə deyib:

"Uzun müddət çox yaxşı münasibətimiz var idi. Müqavilə uzadılmayanda bir qədər pisləşdi. Amma zaman keçdikcə onu yenidən qura bildik. Ümid edirik ki, ona layiq olduğu böyük bayramı yaşadacağıq".

Qeyd edək ki, Lionel Messi 2021-ci ildə "Barselona"dakı maliyyə problemləri səbəbindən Kataloniya klubundan ayrılıb.


Paylaş: