
Motta "Yuventus" ilə razılığa gəldi
Tiaqo Mottanın "Yuventus"un yeni mövsümdə baş məşqçisi olacağı gözlənilir.
Sportlife.az "CorSera"ya əsasən xəbər verir ki, 41 yaşlı mütəxəssis "qoca sinyora" ilə 2+1 illik müqavilə imzalayacaq. O, ilinə 3.5 milyon avro məvacib alacaq.
Motta hazırda "Bolonya"nı çalışdırır. Onun komandası 67 xalla A Seriyasında 3-cü yerdədir.