"Qalatasaray" Osimhenlə anlaşdı

  • Bu gün, 10:13

Türkiyə təmsilçisi "Qalatasaray" İtaliyanın "Napoli" klubunun hücumçusu Viktor Osimhenlə razılığa gəlib.

Sportlife.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat verib.

Nigeriyalı hücumçu "sarı-qrımızılar"la 2030-cu ilə qədər müqavilə imzalayacaq və futbolçu hər mövsüm üçün 18 milyon avro qazanacaq.

Qeyd edək ki, sözləşmədə yer alan bəndə əsasən, Osimhen növbəti 2 il ərzində heç bir İtaliya klubuna transfer oluna bilməz.


Paylaş: