"Qarabağ" braziliyalı futbolçu ilə maraqlanır

  • 19 Avqust 2023, 14:03

“Qarabağ” Bolqarıstan klubu “Lokomotiv”də (Plovdiv) forma geyən 25 yaşlı müdafiəçi Mateus Silva ilə maraqlanır.

Sportlife.az xəbər verir ki, sağ cinah yarımmüdafiəçisi kimi də oynayan futbolçunun komandası ilə 2024-cü ilin yayına qədər müqaviləsi var. Onun sərbəstqalma dəyəri 500 min avrodu.  Ağdam təmsilçisi bu məbləği ödəyərək futbolçununun keçidini sentyabrın 15-nə kimi həll etmək istəyir.

Qeyd edək ki, Mateus 2023/24 mövsümündə komandasının heyətində Bolqarıstan çempionatında 5 görüşdə 1 qol vurub. 25 yaşlı futbolçu karyerası ərzində “San Fransisko”, “Paysandu”, “Farense”, “Baiya”, “Moreyrense” kimi klublarda çıxış edib.


Paylaş: