Qardaşı PSJ-yə qol vurdu, Mbappe sevindi

  • 6 Oktyabr 2025, 11:50

PSJ Fransa A Seriyasının 7-ci turunun "Lill"ə qarşı oyununda xal itirib.

Sportlife.az xəbər verir ki, qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

66-cı dəqiqədə Nunu Mendeşin qolu PSJ-ni hesabda önə keçirib. Lakin 85-ci dəqiqədə Etan Mbappe hesabı bərabərləşdirib.

Etanın böyük qardaşı Kilian Mbappe oyun vaxtı tribunada olub. Qoldan sonra kameralar Mbappenin sevincini lentə alıb.

Xatırladaq ki, qardaşlar əvvəllər PSJ-də çıxış ediblər.


Paylaş: