
Ramuş Mbappeyə çatdı
PSJ Çempionlar Liqasının ilk turunda evdə "Atalanta"nı 4:0 hesabı ilə darmadağın edib.
Sportlife.az xəər verir ki, qolları Markinyos, Xviça Kvaratsxeliya, Nunu Mendeş və Qonsalu Ramuş vurub.
Ramuş 58-ci dəqiqədə əvəzetmədən meydana daxil olub və zədəli vaxtda qol vurub. Bu, onun PSJ-də meydana sonradan çıxdıqdan sonra 16-cı qolu olub.
Ramuş bu göstərici ilə PSJ-nin sabiq forvardı, hazırda "Real"da çıxış edən Kilian Mbappenin rekordunu təkrarlayıb.
Ramuşs PSJ-nin heyətində 92 oyun keçirib, 35 qol vurub və 8 məhsuldar ötürmə edib.