Xorvatiyalı futbolçu bir ay olmayacaq
"Mançester Siti"nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiç zədələnib.
Sportlife.az xəbər verir ki, 30 yaşlı futbolçu 3-4 həftə meydanlardan uzaq qalacaq. Bunu komandanın baş məşqçisi Pep Qvardiola da təsdiqləyib.
Kovaçiç bu mövsüm bütün turnirlərdə 15 oyuna çıxıb və 3 qol vurub.