Alvares Messini qabaqladı

  • Dünən, 21:48

"Atletiko"nun hücumçusu Xulian Alvares yeni rekorda imza atıb.

Sportlife.az xəbər verir ki, argentinalı forvard Çempionlar Liqasında 30 oyunda 17 qola imza atıb.

Əvvəllər Çempionlar Liqasında 30 oyunda vurulan qolların rekordu "Barselona" və PSJ-də (16) çıxış etmiş Lionel Messiyə məxsus idi. "Atletiko" və "Mançester Siti"də oynamış Serxio Aquero 14 qolla ilk üçlüyü tamamlayır. Ernan Krespo ("Latsio", "İnter", "Milan", "Çelsi") və Lisandro Lopezin ("Portu", "Lion") hər birinin hesabında 13 qolu var.

Transfermarkt hazırda Alvaresin bazar dəyərini 100 milyon avro olaraq qiymətləndirir.


Paylaş: