"Araz-Naxçıvan"dan Benin millisinə

  • 31 Oktyabr 2025, 17:31

"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Benin millisinin təlim-məşq toplanışına dəvət alıb.

Sportlife.az xəbər verir ki, o, noyabrın 10-da yeni komandasının Kotonuda təşkil ediləcək hazırlıq prosesinə qoşulacaq.

Benin millisi bir neçə günlük hazırlıqdan sonra Mərakeşin paytaxtı Rabata səfər edəcək. Yarımmüdafiəçi noyabrın 18-də Burkina Faso ilə orada keçiriləcək yoldaşlıq oyununda debüt edə bilər.

Qeyd edək ki, braziliyalı futbolçuya bir müddət əvvəl Benin pasportu təqdim edilib.


Paylaş: