"Arsenal" və "Çelsi" transfer yarışında

  • Dünən, 16:27

"Milan"ın vingeri Rafael Leao karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, Portuqaliya millisinin üzvü ilə Londonun iki aparıcı klubu, "Arsenal" və "Çelsi" maraqlanır.

"Topçular" portuqaliyalı oyunçu üçün 75 milyon funt sterlinq (85 milyon avro) təklif etməyə hazırdır. "Çelsi"nin qış transfer pəncərəsi üçün təklifi hələlik dəqiqləşməyib, lakin klubun ötən yay Leao üçün 100 milyon funt sterlinq (113 milyon avro) təklif etdiyi məlumdur. Oyunçunun özü də Premyer Liqaya keçmə ehtimalına müsbət yanaşır.

Transfermarkt-a görə, Rafael Leaonun hazırkı bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir. Onun "Milan"la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.


Paylaş: