Ayxan Abbasov: “Meydançanın belə olmasını gözləmirdik“

  • Dünən, 18:26

"Şamaxı” bu gün Azərbaycan Premyer Liqasının 10-cu turunda “Turan Tovuz”un qonağı olub.

Sportlife.az xəbər verir ki, oyundan sonra “şirlər”in baş məşqçisi Ayxan Abbasovun mətbuat konfransı keçirilib. Abbasov 1:2 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“Çətin oyun oldu. Meydançanın belə olmasını gözləmirdik. Sürət baxımından hər iki komanda əziyyət çəkirdi. Düşünürəm ki, bir xala layiq idik. Futbolçularıma təşəkkür edirəm, belə bir ağır meydançada mübarizə apardılar.

Meydançaya da bir az təəssüfləndim ki, çox əziyyət çəkmişdilər. Məncə, bir az tələsdilər, gözləmək lazım idi.

Millidən danışmaq istəmirəm. Çünki keçən dəfə “Qəbələ”də də oldu. Məşqçilər etiraz edirlər ki, Ayxanın mətbuat konfransları uzun çəkir. Ona görə də, millidən danışmayaq. Millinin mətbuat konfranslarında danışarıq.

“Turan Tovuz” rəhbərliyini təbrik edirəm. Bu gün böyük işlər görürlər. İnanıram ki, bütün meydançalarımız təbii örtüyə keçər”.

“Şamaxı” növbəti turda “İmişli”ni qəbul edəcək.


Paylaş: