Azərbaycanlı hakim Rusiya millisinin oyununda

  • Dünən, 15:24

Rusiya ilə Peru milliləri arasında keçiriləcək yoldaşlıq görüşünü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.

Sportlife.az xəbər verir ki, Sankt-Peterburqda keçiriləcək oyunun baş hakimi Kamal Umudlu olacaq.

Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını yerli Yan Bobrovski yerinə yetirəcək.

Rusiya – Peru matçı bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.


Paylaş: