“Barselona”nın 10 nömrəsi sevgilisindən ayrılıb

  • Dünən, 14:32

“Barselona”nın hücumçusu Lamin Yamal sevgilisi Niki Nikoldan ayrıldığını açıqlayıb.

Sportlife.az istinadən xəbər verir ki, o, xəyanətin olmadığını söyləyib:

“Ayrılmışıq, artıq bir yerdə deyilik. Xəyanət? Xeyr, mən ona xəyanət etməmişəm. Münasibətimiz bitdi, vəssalam”.

Yamalın Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin ortalarına qədərdir. 18 yaşlı futbolçu bu mövsüm La Liqada 6 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

“Barselona” növbəti La Liqa matçında bu gün “Elçe” ilə qarşılaşacaq.


Paylaş: