“Bayern” onun üçün 120 milyon avro istəyir
"Bayern”in hücumçusu Mikael Olise Avropanın aparıcı klublarının diqqət mərkəzindədir.
Sportlife.az xəbər verir ki, “Liverpul” Oliseni Məhəmməd Salahın uzunmüddətli əvəzləyicisi kimi görür.
Bundan əlavə, “Mançester Siti”, “Çelsi” və PSJ fransalı futbolçunu yaxından izləyir. Ancaq “Bayern” 23 yaşlı oyunçu üçün 100–120 milyon avrodan aşağı təklifləri qəbul etməyəcək.
Olise cari mövsümdə bütün turnirlər daxil olmaqla 17 oyunda iştirak edib, 7 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin ortalarına qədərdir.
“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.