Ən yaxşı - Keyn

  • Dünən, 17:19

“Bayern” oktyabrın ən yaxşı futbolçusunu açıqlayıb.

Sportlife.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada ingilis hücumçu Harri Keyn layiq görülüb.

Keyn bu mükafatı ardıcıl ikinci dəfə qazanıb. O, azarkeşlər arasında keçirilən səsvermədə 24 faiz səs toplayaraq, komanda yoldaşları Lennart Karl (20,6 faiz) və Konrad Laymeri (19,4 faiz) qabaqlayıb.

32 yaşlı hücumçu cari mövsümdə bütün turnirlərdə 17 oyun keçirib, 23 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun komandası hazırda Bundesliqada 10 turdan sonra 28 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.


Paylaş: