Garsiya “Barselona”da qalacaq

  • Bu gün, 15:51

"Barselona”nın müdafiəçisi Erik Qarsiyanın komandasından ayrılmaq niyyəti yoxdur.

Sportlife.az xarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya klubunun ispaniyalı futbolçu ilə müqavilənin uzadılmasını tezliklə elan etməsi gözlənilir. Müdafiəçi “Barselona”da qalmaqda qərarlı olduğundan, PSJ-nin və adı açıqlanmayan digər A Seriyası klublarının təkliflərini rədd edib. Qarsiyanın klubla yeni müqaviləsinin 2029-cu ilin ortalarına qədər uzadılması gözlənilir. Danışıqlar son mərhələdədir.

Onun hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq.


Paylaş: