"Heç kim Leonun getməsinə hazır olmayacaq"
Argentina millisinin müdafiəçisi Nikolas Talyafiko millinin kapitanı Lionel Messi barədə danıçıb.
Sportlife.az xəbər verir ki, Messinin komanda yoldaşı bunları deyib:
"O, 20 ildir Argentinada oynayır. Bu, tamamilə inanılmaz haldır. Heç kim Leonun getməsinə hazır olmayacaq. O, getdikdən sonra öz qərarını verəcək. Bəlkə də təqaüdə çıxdıqdan sonra məşqçilər heyətində qalacaq və ya milli komandada vəzifə tutacaq".
Messi Argentina millisinin ən çox oyun və qol rekorduna sahibdir, 195 oyunda meydana çıxıb və 114 qol vurub.